Bağdad Amreyev: "Türk dövlətlərinin diaspor təşkilatları 20 milyondan çox türkü birləşdirir"

Bağdad Amreyev: "Türk dövlətlərinin diaspor təşkilatları 20 milyondan çox türkü birləşdirir" “On milyonlarla soydaşımız xaricdə yaşayır və fəaliyyət göstərir. Bu rəqəm yalnız xarici ölkələrdə fəaliyyət göstərən türklərə şamil olunur. Bunlardan başqa yaşadıqları ölkələrin vətəndaşı olan həmyerlilərimiz də var”.
Xarici siyasət
29 Mart , 2022 12:47
Bağdad Amreyev: Türk dövlətlərinin diaspor təşkilatları 20 milyondan çox türkü birləşdirir
Bağdad Amreyev

“On milyonlarla soydaşımız xaricdə yaşayır və fəaliyyət göstərir. Bu rəqəm yalnız xarici ölkələrdə fəaliyyət göstərən türklərə şamil olunur. Bunlardan başqa yaşadıqları ölkələrin vətəndaşı olan həmyerlilərimiz də var”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları özündə iyirmi milyondan artıq türkü birləşdirir.

Baş katib qeyd edib ki, TDT da mütəmadi olaraq xaricdəki türk dövlətlərin diaspor təşkilatları ilə görüşlər keçirir və təmaslarını davam etdirir: “Bursada keçirdiyimiz türkdilli dövlətlərin İkinci Diaspor Forumunda da diaspor təşkilatlarına cavabdeh qurumların rəhbər şəxsləri iştirak edirlər. Bundan əlavə, bir çox iş görüşlərimiz də olur ki, bu görüşlərdə ortaq problemlərin həlli müzakirə edilir. Bu görüşlər əsasən xaricdə yaşayan soydaşlarımıza yardım məqsədi daşıyır. Təbii ki, oradakı soydaşlarımız da öz Vətənlərini unutmurlar və ölkələri ilə aktiv şəkildə əməkdaşlıq edirlər".

"Artıq hamımıza məlumdur ki, Türkiyənin, eləcə də bütün türk dünyasının tarixi və mədəni baxımdan olduqca əhəmiyyətli bölgələrindən olan Bursa türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu münasibətlə Türk Dövlətləri Təşkilatı olaraq Bursada bu iki gün ərzində keçirilən tədbirlərimiz nəinki Türkiyə, o cümlədən bütün türk dünyası və türk diasporu üçün olduqca vacibdir”, - TDT Baş katibi əlavə edib.

Son xəbərlər

Orphus sistemi