Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
“Report”un xəbərinə görə, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilib.
2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa və İslam Əməkdaşlıq Təşkilatının 2004-2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu iştirak ediblər.
Panel iclasında çıxış edən Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa qeyd edib ki, Yaxın Şərq regionu nüvə və digər təhlükəli silahlardan azad olmalıdır.
Onun sözlərinə görə, Fələstin ərazilərində qanunların işlədiyi görülmür:
“Bunu masaya gətirmək lazımdır. Qəzzada xarici işğal bitməlidir. İsraili Yaxın Şərq icmasının üzvü olaraq da tanımalıyıq. Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ var. İsrailin də var olmaq, təhlükəsizlik hüququ var. Biz burada sülh tərəfdarıyıq”.
Daha sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının 2004-2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu qeyd edib ki, Yaxın Şərqdə əməkdaşlıq və sülhlə bağlı məsələ uzun müddətdir müzakirə olunur:
“Biz Yaxın Şərq insanlara diqqət yetirdikdə görürük ki, müəyyən dəyərləri və yanaşmaları bölüşürlər. Bölgədə radikalizm və terror vardır. Bu regionun insanları sülh içində yaşamaq istəyirlərsə, onlar bu cür mühitin yaradılması haqqında düşünməlidirlər”.
E.İhsanoğlu vurğulayıb ki, Yaxın Şərq ölkələri arasında iqtisadi və ticari əlaqələrin qurulması da münasibətlərin normallaşmasına gətirib çıxara bilər:
“Bu region digərləri ilə müqayisədə daha bir-birinə bağlıdır. Bölgənin daxilindəki və xaricindəki qüvvələrlə heç bir düşmənçilik olmamalıdır”.
Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud isə düşünür ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) yenilənməlidir.
O, Yəməndəki hadisələrə də toxunub: “Ümid edirəm ki, orada da sülh olacaq”.
Panel iclası çıxışlarla davam etdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
“Report”un xəbərinə görə, Forum çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda növbəti panel iclası keçirilir.
2004-2009-cu illərdə BMT-nin Ukrayna üzrə Rezident Əlaqələndiricisi Frensis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında Tədqiqat və İslam Araşdırmaları üzrə Kral Faysal Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə əlahəzrət Turki əl-Faysal əl-Səud 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa və İslam Əməkdaşlıq Təşkilatının 2004- 2014-cü illərdə Baş katibi Ekmelledin İhsanoğlu iştirak edirlər.
Panel iclası çıxışlarla davam edir.