VIII Bakı Qlobal Forumunda “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel keçirilib.
“Report” xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin sədrliyi ilə keçirilən panel müzakirəsində koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirləri gündəmə gətirilib.
Paneldə baş məruzəçi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonco-İveala, məruzəçilər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası iqtisadi məsələlər və innovasiyalı inkişaf şöbəsinin müdiri Şahmar Mövsumov, İsrailin sabiq Baş naziri Ehud Barak, Monteneqronun sabiq Baş naziri İqor Lukşiç, Romaniyanın sabiq Baş naziri Petre Roman, İtaliya Prezidentinin sabiq müşaviri Antonio Zanardi Landi, Ekuadorun sabiq Prezidenti Rosalia Arteaqo Serrano pandemiyanın iqtisadi fəsadları, dünya ticarətini bu fəsadlardan xilas etmək yolları barədə mülahizələrini çatdırıblar.