Bakıda Azərbaycan Texniki Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Türk Ocağı Dərnəyi və TİKA-nın birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium işə başlayıb.
“Report” xəbər verir ki, Texniki Universitetdə keçirilən tədbirin əsas müzakirə mövzusu Türk Dünyasının birliyidir.
Tədbirin ilk məruzələri Azərbaycan Ordusunun 44 günlük Zəfərinə həsr edilib.
Oktyabrın 10-na kimi davam edəcək simpoziumun açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Türk Ocağı Dərnəyinin başqanı Mehmet Öz, Türkiyənin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri Öcal Oğuz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, bir sıra dövlət rəsmiləri, deputatlar iştirak ediblər.