Bakıdakı səfirlikdə İran Prezidentinin həlak olması ilə bağlı xatirə kitabı açılacaq

Bakıdakı səfirlikdə İran Prezidentinin həlak olması ilə bağlı xatirə kitabı açılacaq İranın Azərbaycandakı səfirliyində helikopter qəzasında həlak olanlarla bağlı mayın 21-dən etibarən 3 gün ərzində matəm kitabı açılacaq.
Xarici siyasət
20 May , 2024 20:58
Bakıdakı səfirlikdə İran Prezidentinin həlak olması ilə bağlı xatirə kitabı açılacaq

İranın Azərbaycandakı səfirliyində helikopter qəzasında həlak olanlarla bağlı mayın 21-dən etibarən 3 gün ərzində xatirə kitabı açılacaq.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfirlik tərəfindən başsağlıqlarının qəbulu aşağıdakı plana uyğun olaraq həyata keçiriləcək.

Mayın 21-i Azərbaycanın rəsmi şəxslərindən, mayın 22 və 23-i Bakıda fəaliyyət göstərən səfir və diplomatlardan, eləcə də Azərbaycanın rəsmi şəxslərindən, 24-ü isə Azərbaycanda yaşayan İran vətəndaşlarından bașsağlıqlarının qəbulu üçün ayrılmış vaxt hesab olunur.

Qeyd edək ki, Azərbaycanın rəsmi və məsul şəxsləri, Bakıdakı səfirlər, diplomatlar va İran vətəndaşları tərəfindən veriləcək bașsağlıqlarının qəbulu yuxarıda göstərilən tarixlərdə saat 10:00-dan 12:00-dək, eləcə də 14:00-dan 16:00-dək baş tutacaq.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Son xəbərlər

Orphus sistemi