Baş katib: “Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir”

Baş katib: “Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir” "Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir və təşkilata böyük töhfə verir".
Xarici siyasət
31 Mart , 2022 16:41
Baş katib: “Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir”

"Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir və təşkilata böyük töhfə verir".

Bunu “Report”un Bursaya ezam olunmuş müxbirinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib.

“Azərbaycan türk dünyasında xüsusi yer tutur və əhəmiyyətli mövqeyə malikdir”, - Düsen Kaseinov deyib.

Onun sözlərinə görə, təşkilat Azərbaycanın Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığı davam etdirmək niyyətindədir.

“Hər ili Azərbaycanın hansısa tanınmış mədəniyyət xadiminin ili elan edirik. Bütün dünyaya onların yaradıcı irsini və əsərlərini nümayiş etdiririk”, - Baş katib deyib.

Xatırladaq ki, TÜRKSOY 2017-ci ili "Molla Pənah Vaqif ili" elan edib və bununla əlaqədar bir sıra tədbirlər keçirib, 2018-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə tədbir həsr edib, 2019-cu ili “İmadəddin Nəsimi ili” elan edib, bu il isə TÜRKSOY çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək.

Son xəbərlər

Orphus sistemi