Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə edilib.