Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.
Xarici siyasət
22 May , 2023 18:46
Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Monteneqro parlamentinin sədri Daniyela Curoviçlə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi