Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".