Dünyanın 10-dan çox ölkəsini təmsil edən blogerlər Füzuli və Şuşa şəhərlərində törədilmiş dağıntılarla tanış olublar.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzindən “Report”a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərə səfər “Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi” layihəsi çərçivəsində həyata keçirilib.
"Layihənin əsas məqsədi Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya yaymaqdır. Hədəfimiz bu ilin sonunadək videoreportajlara baxış sayını 10 milyona çatdırmaqdır".
Blogerlər işğaldan azad edilmiş ərazilərlə yanaşı, Şəki, İsmayıllı və Şamaxıya da səfər edib, burada Şəki Xan Sarayı, Karvansaray, bu rayonların qədim küçələri və məscidləri ilə tanış olub, həmçinin Qəbələ rayonunun Nic kəndində yerləşən Cotari Alban-Udi kilsəsində, Basqalda kəlağayı emalatxanasında və digər yerlərdə olublar.