Azərbaycan və Türkiyənin beyin mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Türkiyənin beyin mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb Qlobal güc rəqabətini hiss edirik və bunun bizim ölkələrimiz üçün bir thdid formalaşdırdığının da fərqindəyik.
Xarici siyasət
20 May , 2024 14:36
Azərbaycan və Türkiyənin beyin mərkəzləri arasında Anlaşma Memorandumu imzalanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin İbn Haldun Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Report"un məlumatına görə, sənəd Bakıda BMTM-in təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində” mövzusunda tədbir çərçivəsində BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və İbn Haldun Universitetinin rektoru Atilla Arkan tərəfindən imzalanıb.

Memoranduma əsasən, BMTM və İbn Haldun Universiteti arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.

İmzalamadan sonra İbn Haldun Universitetinin rektoru Atilla Arkan qeyd edib ki, qlobal güc rəqabətini hiss edirik və bunun bizim ölkələrimiz üçün bir təhdid formalaşdırdığının da fərqindəyik.

O vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq inkişaf etdirilməli, aidiyyəti qurumlar bir-birləri ilə əlaqələri sıxlaşdırmalıdır:

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İbn Haldun Universiteti arasında imzalanan memorandum da bu istiqamətdə bir addımdır”.

Son xəbərlər

Orphus sistemi