Beynəlxalq sayahətçilər Xudafərin körpüsünü ziyarət edib

Beynəlxalq sayahətçilər Xudafərin körpüsünü ziyarət edib Beynəlxalq ziyarətçilər Cəbrayıl rayonundakı Xudafərin körpüsünü, habelə tarixi abidənin yanındakı ermənilər tərəfindən dağıdılmış Tirə kəndini ziyarət ediblər.
Xarici siyasət
10 Sentyabr , 2022 11:25
Beynəlxalq sayahətçilər Xudafərin körpüsünü ziyarət edib

Beynəlxalq ziyarətçilər Cəbrayıl rayonundakı Xudafərin körpüsünü, habelə tarixi abidənin yanındakı ermənilər tərəfindən dağıdılmış Tirə kəndini ziyarət ediblər.

"Report"un əməkdaşı xəbər verir ki, qonaqlara Xudafərin körpüsünün qədim tarixi barədə məlumat verilib, 2020-ci ilin payız ayınadək bu tarixi abidənin erməni işğalı altında olması vurğulanıb.

Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleyin rəhbərliyi ilə 20-dən çox ölkədən 40 nəfərə yaxın səyyah heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri baş tutub. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Xatırladaq ki, bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu, sayca 4-cü analoji səfərdir. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

Son xəbərlər

Orphus sistemi