Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar Azərbaycanda səfərdə olan beynəlxalq səyyahlar işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri ilə tanış olublar.
Xarici siyasət
9 Sentyabr , 2022 14:20
Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar

Azərbaycanda səfərdə olan beynəlxalq səyyahlar işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri ilə tanış olublar.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmiləri tərəfindən səyahətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara ermənilər tərəfindən basdırılan minalar, xüsusilə də mülki şəxsləri və uşaqları hədəfə alan silah-sursatlar haqqında məlumat verilib.

Agentliyin baş mütəxəssisi Mədət Məmmədov bildirib ki, Azərbaycanın əldə etdiyi müasir avadanlıqlar həmin minaları aşkarlamağa və zərərsizləşdirməyə imkan verir.

Daha sonra səyyahların marağı nəzərə alınaraq ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 8-də dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Son xəbərlər

Orphus sistemi