Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək.
Xarici siyasət
18 Sentyabr , 2024 14:17
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpasında iştirak edəcək.

Bunu "Report"a açıqlamasında Fondun prezidenti Aktotı Raimkulova deyib.

Onun sözlərinə görə, bu, fondun türk irsinin qorunması ilə bağlı fəaliyyətdə iştirakının bir nümunəsidir: “Bu məscid Qarabağda yerləşməsinə baxmayaraq, ortaq türk irsimizdir”.

A.Raimkulovanın sözlərinə görə, qədim abidə olan Xudavəng monastırının Kəlbəcər rayonunda qorunub saxlanması faktı hörmət doğurur:

“Ümumbəşəri nöqteyi-nəzərdən bu abidənin qorunub saxlanılması çox qiymətlidir. Mən çox şadam ki, beynəlxalq nümayəndə heyəti və diplomatlar 12-13-cü əsrlərə aid abidələrlə böyük maraqla tanış olurlar, bu bizim ümumi tariximizdir”.

Son xəbərlər

Orphus sistemi