BMT baş katibinin müşaviri: "Azərbaycan COVID-19-un ikinci dalğası zamanı Gürcüstanı xilas etdi"

BMT baş katibinin müşaviri: "Azərbaycan COVID-19-un ikinci dalğası zamanı Gürcüstanı xilas etdi" “Koronavirusun ikinci dalğası zamanı Gürcüstana kömək etdiyi üçün Azərbaycana təşəkkürümü bildirmək istəyirəm"
Xarici siyasət
4 May , 2021 16:23
BMT baş katibinin müşaviri: Azərbaycan COVID-19-un ikinci dalğası zamanı Gürcüstanı xilas etdi
Giorgi Pxakadze

“İkinci dalğa zamanı Azərbaycan faktiki olaraq Gürcüstanı xilas etdi”.

"Report.ge" xəbər verir ki, bunu gürcüstanlı mütəxəssis, BMT baş katibinin səhiyyə üzrə müşaviri Giorgi Pxakadze deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən verilən tibbi oksigen olmasaydı, Gürcüstanda qurbanların sayı daha da çox olardı.

“Hazırda Gürcüstanda vəziyyət siyasi vəziyyətin hələ də çətin olduğu bir çox ölkədəki kimidir. Siyasətçilər hər şeyin qaydasında olduğunu göstərməyə çalışırlar, amma bu, belə deyil. Əhalinin 90 faizi təhlükəsizlikdə olmaq üçün aşılanmalıdır. Epidemiyaya baxmayaraq, ölü sayının artması gözlənilmir, çünki bu virusla necə mübarizə aparacağımızı bilirik”, – Pxakadze bildirib.

“Koronavirusun ikinci dalğası zamanı Gürcüstana kömək etdiyi üçün Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Faktiki olaraq, bu ölkənin sayəsində sağ qala bildik. Ötən ilin noyabrında gün ərzində təxminən 7000 yoluxma olduğu zaman Azərbaycan Gürcüstandakı xəstəxanalara oksigen tədarük edirdi. Azərbaycan olmasaydı, Gürcüstanda ölümlərin sayı çox yüksək olardı”, – Giorgi Pxakadze deyib.

Son xəbərlər

Orphus sistemi