BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar.
“Report” xəbər verir ki, onlar Füzuli hava limanına təyyarə ilə gəliblər.
Qonaqlar hava limanı ilə tanışlıqdan sonra “Zəfər Yolu” ilə Şuşaya səfər edəcəklər.
Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd olunacaq.