Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1945-ci ilin dünyasını əks etdirir, ancaq dünya dəyişib.
Bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş “Report”un ABŞ bürosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda dünyaya geosiyasi qərarlar qarşısında iflic olmayan Təhlükəsizlik Şurası lazımdır:
“Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü fərqli mövqelərə malik Avropa ölkəsidir - Fransa, Böyük Britaniya və Rusiya Federasiyası. Bu gün dünya daha böyük bir dünyadır. Deməli, bizə bugünkü dünyanı əks etdirən və geosiyasi qərarlar qarşısında iflic olmayan Təhlükəsizlik Şurası lazımdır.
Bu, beynəlxalq birliyin tələb etdiyi ən mühüm islahatdır. Çünki bu, beynəlxalq maliyyə arxitekturasında və qlobal idarəçiliyin digər aspektlərində İkinci Dünya Müharibəsindən sonra müəyyən edilmiş islahatlar kimi köklü islahatın aparılmasını tələb edir.
O vaxt Azərbaycan Sovet İttifaqının tərkibində idi, bu gün isə Azərbaycan buradadır, beynəlxalq aləmdə özünü təsdiq edir. Nəzərə almalıyıq ki, qlobal idarəçilik qurulanda orada olmayan, ancaq bu gün bu dünyada yaşayan azərbaycanlılar var, ona görə də ədalətli yanaşmalıyıq”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.