BMT-nin İnkişaf Proqramı: Azərbaycanın Aİ-dəki nümayəndəliyi ilə minalarla mübarizə fəaliyyəti müzakirə edilib

BMT-nin İnkişaf Proqramı: Azərbaycanın Aİ-dəki nümayəndəliyi ilə minalarla mübarizə fəaliyyəti müzakirə edilib Hər saatda bir nəfər mina, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular nəticəsində həlak olur və ya yaralanır.
Xarici siyasət
5 İyul , 2024 15:17
BMT-nin İnkişaf Proqramı: Azərbaycanın Aİ-dəki nümayəndəliyi ilə minalarla mübarizə fəaliyyəti müzakirə edilib

Hər saatda mina, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular nəticəsində həlak olan və ya yaralanan olur.

“Report” xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının Brüssel ofisinin direktoru Kamilla Bryukner “X” sosial şəbəkəsində hesabında paylaşım edib.

“Minalardan təmizləmə ilə bağlı Azərbaycanın Aİ-dəki nümayəndəliyi ilə müzakirə aparmaqdan məmnun olduq”, - o bildirib.

Qeyd edək ki, iyulun 4-də Brüsseldə Vrije Universitetində Brüssel Diplomatik Akademiyasının təşkilatçılığı ilə “Mina probleminin aradan qaldırılması: ekoloji nəticələr və cavab siyasəti” adlı konfrans keçirilib.

Konfrans təcrübələri bölüşmək, problemləri müzakirə etmək, minaların aşkarlanması və təmizlənməsinə davamlı yanaşmalar üzrə ehtiyac duyulan ictimai dialoqa başlamaq üçün minadan təsirlənmiş ölkələrin nümayəndələrini, donorları və minalarla mübarizə üzrə QHT-ləri bir araya gətirib.

Tədbirdə minatəmizləmə sahəsində innovasiyaların rolu vurğulanıb. Onlar təkcə metodlarda deyil, həm də şəxsi heyətin tərkibində, məsələn, Azərbaycanda sırf qadınlardan ibarət minatəmizləmə dəstələrinin yaradılmasında özünü göstərir.

Azərbaycan, Kamboca, Çad və Kolumbiyadan olan nümayəndələr öz ölkələri üçün minaların, partlamamış hərbi sursatların və əldəqayırma partlayıcı qurğuların olması ilə bağlı təhlükənin xüsusi xarakterindən danışıblar.

Son xəbərlər

Orphus sistemi