BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyəti Naxçıvana səfər edəcək

BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyəti Naxçıvana səfər edəcək BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyəti Naxçıvana səfər edəcək.
Xarici siyasət
13 Noyabr , 2023 22:38
BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyəti Naxçıvana səfər edəcək

BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyəti Naxçıvana səfər edəcək.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, heyətin əvvəlcə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və nazirliyin nümayəndə heyəti ilə görüşü keçiriləcək. Qonaqlar həmin gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan Tibb Kolleci, Naxçıvan Reabilitasiya Mərkəzində də görüşlər keçirəcəklər.

Noyabrın 15-dən isə 3 günlük təlimləra başlanılacaq. Təlimlərdə BMT-nin Uşaq Fondu UNICEF-in mütəxəssisləri yeni UPHV (Universal Progressive Home-Visiting) modeli üçün Naxçıvanda 1 kurator və 2 supportive superviser seçəcək, ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, erkən uşaqlıq dövrün inkişafı yol xəritəsi, “superviziya” sosial işçilərin rolu, hamilə qadının patronajının superviziyası- Edinburq şkalası ilə depressiyanın müəyyən edilməsi, yeni doğulmuş uşağın patronajı, uşağın inkişafının monitorinqi və s. mövzularda ətraflı təlimlər keçəcəklər.

Son xəbərlər

Orphus sistemi