"Azərbaycanda peyvənd işlərinə gəldikdə, ölkəniz regionda perspektivli mövqelərdən birini tutur. BMT son 18 ay ərzində gördüyü işlərə sadiq qalaraq, öz yardımını bundan sonra da göstərməyə hazırdır".
"Report" xəbər verir ki, bu fikirləri BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Biz 4 milyona yaxın ilk təcili əşyalardan ibarət dəstləri paylamışıq. Hökumət ilə səhiyyə işçilərinin birgə təlimlərinə sərmayələr yatırmışıq. Həmin təlimlərdən 3 mindən artıq işçi keçmişdir. COVID-19-un qarşısının alınmasına yönəlmiş ictimai kampaniya 1 milyondan artıq insanı əhatə etmişdir. Sizin də qeyd etdiyiniz kimi bu, son 18 ay ərzində Azərbaycan xalqının üzləşdiyi yeganə çətinlik olmamışdır", - o əlavə edib.