BMTM sədri: "Ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətləri gündəmdə saxlamaq lazımdır"

BMTM sədri: "Ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətləri gündəmdə saxlamaq lazımdır" "İrəvanın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya göstərmək üçün araşdırmalara ehtiyac var".
Xarici siyasət
28 Dekabr , 2022 12:06
BMTM sədri: Ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətləri gündəmdə saxlamaq lazımdır

"İrəvanın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya göstərmək üçün araşdırmalara ehtiyac var".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, gündəlikdə olan əsas məsələlər sərhədlərin delimitasiyası və Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır: "Amma Ermənistan Qarabağ məsələsini də gündəlikdə saxlamaq istəyir. Bunun üçün müxtəlif səylər göstərilir. Hərçənd ki, bizim Ermənistanda dağıdılmış irsimiz var. Biz ondan daha çox danışa bilərik".

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına münasibət bildirən F.Şəfiyev söyləyib ki, iki il əvvəl Qarabağdakı ekoloji problemlərlə bağlı məruzə hazırlayıblar: "Amma sonra unuduldu. Bu məsələləri gündəmdə saxlamaq lazımdır".

O bildirib ki, keçən il həmin məruzənin yenilənmiş forması hazırlanıb: "Azərbaycan müntəzəm olaraq bu məsələni gündəmə gətirib. Yəni Qarabağdakı ekoloji cinayətlər yeni məsələ deyil".

Son xəbərlər

Orphus sistemi