Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, diplomat bununla bağlı tviterdə paylaşım edib.
“Əziz dostlar, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! 2022-ci ilin daha uğurlu və düşərli olması diləyi ilə Sizə və doğmalarınıza cansağlığı, xoşbəxtlik və firəvanlıq arzu edirəm. Bayramınız mübarək!”, - təbrik mətnində qeyd olunub.