Britaniya səfiri: "Azərbaycanla münasibətlərimiz təkcə neft-qaz sahəsində deyil"

Britaniya səfiri: "Azərbaycanla münasibətlərimiz təkcə neft-qaz sahəsində deyil" Azərbaycanla Böyük Britaniya arasındakı əməkdaşlığın mühüm sahələrindən biri “BP” şirkətinin fəaliyyətidir. Bununla belə iki ölkə arasındakı münasibətlərin təkcə neft-qaz sənayesindən ibarət olmadığı da bilinməlidir.
Xarici siyasət
11 Mart , 2022 19:59
Britaniya səfiri: Azərbaycanla münasibətlərimiz təkcə neft-qaz sahəsində deyil
Ceyms Şarp

"Azərbaycanla Böyük Britaniya arasındakı əməkdaşlığın mühüm sahələrindən biri “BP” şirkətinin fəaliyyətidir. Bununla belə iki ölkə arasındakı münasibətlərin təkcə neft-qaz sənayesindən ibarət olmadığı da bilinməlidir".

“Report” xəbər verir ki, bunu Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ceyms Şarp iki ölkə arasındakı diplomatik münasibətlərin 30 illiyi münasibətilə jurnalistlərlə görüşündə bildirib.

Səfir ikitərəfli əməkdaşlıqda təhsil sektorunun əhəmiyyətini də qeyd edib.

2020-ci ildə baş verən 44 günlük müharibədə Azərbaycanın qələbə çalaraq işğal altındakı torpaqlarını geri qaytardığını da xatırladan diplomat ərazilərin minalardan təmizlənməsində ANAMA-nın fəaliyyətini dəstəklədiklərini də qeyd edib.

“Əməkdaşlığımızın növbəti 30 il ərzində də daha da güclənməsini səbirsizliklə gözləyirik”, - səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi