Azərbaycan səfirliyinə hücum Britaniya İcmalar Palatasında yenidən qaldırılacaq

Azərbaycan səfirliyinə hücum Britaniya İcmalar Palatasında yenidən qaldırılacaq "Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik. Bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını".
Xarici siyasət
6 Oktyabr , 2022 18:11
Azərbaycan səfirliyinə hücum Britaniya İcmalar Palatasında yenidən qaldırılacaq

"Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik. Bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını".

"Report" xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.

O, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını söyləyib.

Qeyd edək ki, S.Qafarova görüş zamanı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı narahatlığını ifadə edərək bu hücumun əsas məqsədinin iki ölkə arasında yüksək səviyyəli münasibətlərə xələl gətirmək cəhdinin olduğunu vurğulayıb: "Bu təxribat hərtərəfli araşdırılmalıdır. Səfirliyimizin, diplomatlarımızın qarşılıqlılıq prinsipi əsasında təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir".

Xatırladaq ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq radikal şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Olay nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi