Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib

Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri Azərbaycan xalqını təbrik ediblər.
Xarici siyasət
19 Oktyabr , 2021 15:44
Britaniya Parlamentinin üzvləri Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri Azərbaycan xalqını təbrik ediblər.

Bu barədə "Report"a Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.

İcmalar Palatasının deputatı, Britaniya Parlamentində Azərbaycan üzrə Dostluq Qrupunun sədri Bob Bləkmən özünün şəxsi sosial şəbəkə profillərində etdiyi paylaşımlarda uzun illərdən bəri ölkəmizin dostu olduğunu vurğulayaraq Azərbaycan xalqını təbrik edib.

Lordlar Palatasının üzvü Con Kilkluni də özünün şəxsi tviter hesabında etdiyi paylaşımda müstəqilliyin bərpası münasibəti ilə Azərbaycanı təbrik edərək, ölkə başçısı, eləcə də bütün Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Lordlar Palatasının daha bir üzvü Lord Şeyx isə Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanova ildönümü ilə bağlı yazdığı məktubun mətnini özünün tviter hesabında paylaşaraq Azərbaycan xalqını təbrik edib.

O, Azərbaycanın müstəqil bir ölkə kimi keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu əlavə edib.

Son xəbərlər

Orphus sistemi