“İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son hesabatı göstərdi ki, cari milli səviyyədə müəyyən edilmiş töhfələr qlobal istiləşməni 1.5C-yə qədər azaltmaq üçün yetərli deyil”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.
“Biz Azərbaycan daxil, bütün ölkələri daha ambisiyalı hədəflər və sıfır emissiyalı uzunmüddətli strategiyalar qəbul etməyə çağırırıq. Parlaq və sağlam gələcək naminə!”, - diplomat bildirib.