Britaniya səfiri: "Azərbaycanın prioritetlərini dəstəkləyirik"

Britaniya səfiri: "Azərbaycanın prioritetlərini dəstəkləyirik" Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Azərbaycanın TƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumununda sədr olmasını dəstəkləyib.
Xarici siyasət
21 Yanvar , 2022 11:29
Britaniya səfiri: Azərbaycanın prioritetlərini dəstəkləyirik

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyini dəstəkləyib.

“Report” xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

“Təbriklər! Biz Azərbaycanın prioritetlərini dəstəkləyirik. Azərbaycanın fəaliyyət planını həyata keçirməyini səbrsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini uğurla yerinə yetirməsi üçün onunla birlikdə işləməyə hazırdır”,- o bildirib.

Son xəbərlər

Orphus sistemi