Britaniya səfiri Azərbaycanla münasibətlərin qurulması tarixini xüsusi gün adlandırıb

Britaniya səfiri Azərbaycanla münasibətlərin qurulması tarixini xüsusi gün adlandırıb Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Xarici siyasət
11 Mart , 2022 12:57
Britaniya səfiri Azərbaycanla münasibətlərin qurulması tarixini xüsusi gün adlandırıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, 62 yaşlı diplomat tviterdə yazıb:

“11 mart xüsusi gündür. Bu gün biz Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyinə təşkil etdikləri sərgi və tədbir üçün təşəkkür edirik”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyində Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Son xəbərlər

Orphus sistemi