Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bərdə şəhərinə səfər edib.
“Report” xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.
“Bərdə Qadın Resurs Mərkəzinin rəsmi açılışını etdik. Resurs Mərkəzi qadınların cəmiyyətin sosial və iqtisadi həyatında fəal iştirakını dəstəkləyərək onlara bərabər imkanların yaradılması üçün bir sıra təlimlər təklif edir”, - səfir bildirib.
Bərdə Qadın Resurs Mərkəzinin rəsmi açılışını etdik @AileQadinUsaq@BerdeIcra@UNDPAzerbaijan. Resurs Mərkəzi qadınların cəmiyyətin sosial və iqtisadi həyatında fəal iştirakını dəstəkləyərək onlara bərabər imkanların yaradılması üçün bir sıra təlimlər təklif edir. pic.twitter.com/eRZnc20gyq