Ukraynadakı vəziyyət Böyük Britaniya tərəfindən vizaların verilməsinə təsir göstərib.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Məlumata görə, Böyük Britaniyanın Viza və Miqrasiya İdarəsi bildirib ki, Ukraynadakı vəziyyətin yaratdığı humanitar böhran səbəbindən təhsil vizası, iş və ailə vizaları üçün yeni müraciətlər üçün "Prioritet" və "Super Prioritet" viza xidmətləri dayandırılıb. Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkir.
Böyük Britaniyanın Viza və Miqrasiya İdarəsi yaranan narahatlığa görə üzr istəyir.