Britaniyalı nazir "Azad qadın" heykəlinə baş çəkib

Britaniyalı nazir "Azad qadın" heykəlinə baş çəkib Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp məlumat verib
Xarici siyasət
9 Fevral , 2021 15:39
Britaniyalı nazir Azad qadın heykəlinə baş çəkib
Vendi Morton

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton Bakıdakı "Azad qadın" heykəlinə baş çəkib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp məlumat verib.

“Görüşlərarası qısa bir vaxtımız oldu və nazir Vendi Morton daim azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan müasir Azərbaycan qadının rəmzi olan "Azad qadın" heykəlinə baş çəkdi”, - səfir tvitterdə yazıb.

Son xəbərlər

Orphus sistemi