Britaniyanın səfiri Azərbaycan jurnalistlərini təbrik edib
Britaniyanın səfiri Azərbaycan jurnalistlərini təbrik edibBritaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Bütün jurnalist dostlarımı Milli Mətbuat Günü ilə bağlı təbrik edirəm. Dünən biz görüşüb onların işi və gələcək planları haqqında maraqlı söhbət etdik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin rəhbərliyi altında “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Bütün jurnalist dostlarımı #MilliMətbhatGünü ilə bağlı təbrik edirəm. Dünən biz görüşüb onların işi və gələcək planları haqqında maraqlı söhbət etdik. pic.twitter.com/JyuD3YNZp8