BTQ: Cenevrədəki konfransda Fransa və Niderlandın müstəmləkə keçmişi müzakirə olunub

BTQ: Cenevrədəki konfransda Fransa və Niderlandın müstəmləkə keçmişi müzakirə olunub BMT-nin Cenevrədəki mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.
Xarici siyasət
22 Oktyabr , 2024 18:29
BTQ: Cenevrədəki konfransda Fransa və Niderlandın müstəmləkə keçmişi müzakirə olunub

BMT-nin Cenevrədəki mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

"Report" bu barədə BTQ-nin sosial şəbəkələrdəki paylaşımlarına istinadən xəbər verir.

Bildirilib ki, tədbir dünyanın hər yerindən parlamentariləri, ekspertləri, siyasətçiləri və müstəqil xadimləri bir araya gətirərək Fransa və Niderlandın müstəmləkəçilik irsinin müzakirəsi üçün mühüm platformaya çevrilib. Müzakirələrdə əsas diqqət “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt kontekstində ədalət, məsuliyyət və öz müqəddəratını təyinetmə məsələlərinə yönəldilib. Konfrans iştirakçıları müstəmləkəçilik dövründən miras qalmış problemlərin həlli yollarını axtarıblar.

Konfransda Qvadelupa, Korsika, Martinik, Yeni Kaledoniya, Fransız Qvianası, Qəmər Adaları İttifaqı, Fransız Polineziyası, Sent-Martin, Bonayre nümayəndələri iştirak edib. Tədbirə Rusiya, İsveçrə və Qazaxıstanın diplomatik nümayəndə heyətləri də maraq göstərib.

Konfrans keçmiş müstəmləkələr üçün müstəmləkə keçmişini yenidən qiymətləndirmək və daha ədalətli gələcək qurmaq üçün yollar tapmaqda mühüm addım oldu. İştirakçılar belə görüşlərin mütəmadi olaraq keçiriləcəyinə və yığılan problemlərin həllinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Bu arada BMT-nin Cenevrədəki ofisinin yaxınlığında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderland müstəmləkələrindəki müstəqillik hərəkatlarının nümayəndələrinin dinc nümayişi keçirilib.

Son xəbərlər

Orphus sistemi