Bu gün BMT Təhlükəsizlik Şurasının (TŞ) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı növbəti fövqəladə iclası keçiriləcək.
Bu barədə “Report”un yerli bürosuna BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən bildirilib.
Qeyd olunub ki, iclasda müzakirələr açıq rejimdə aparılacaq və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinləniləcək.
İclas ABŞ vaxı ilə saat 10:00-da başlayacaq.
Xatırladaq ki, ötən gün BMT Təhlükəsizlik Şurası sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirib.