Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edilir

Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edilir Bu gün Gürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsi həyata keçiriləcək.
Xarici siyasət
8 Sentyabr , 2020 09:09
Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edilir

Gürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı soydaşlarımız da yer alıb.

Ötən gün həmin şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış təqdim olunacaq. Həmin şəxslər saat 10:00-da səfirliyin binası qarşısından avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qonşu ölkədən Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə təyin olunub. Bugünkü və növbəti təxliyədə üstünlük yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə verilib.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsi təşkil olunub.

00:38

Bu gün Gürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsi həyata keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı Səfirliyindən məlumat verilib.

Təxliyə olunanlar ötən gün Tbilisidə koronavirusla bağlı laborator müayinədən keçiblər və testlərin nəticələri səhər məlum olacaq.

Analiz nəticələri mənfi çıxacaq şəxslərə xüsusi arayış təqdim olunandan sonra onlar sabah saat 10:00-da səfirliyin təşkilatçılığı ilə avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Səfirlikdən qeyd olunub ki, Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə planlaşdırılıb.

Qeyd edək ki, pandemiya dövründə 2 mindən çox insanın Azərbaycana təxliyəsi təmin olunub. Onların arasında Azərbaycan vətəndaşları və Gürcüstanda yaşayan soydaşlarımız üstünlük təşkil edir.

Son xəbərlər

Orphus sistemi