"Azərbaycan və Türkiyə prezidentləri Ulu Öndərin qurduğu körpüləri daha da möhkəmləndirirlər".
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün qardaş Azərbaycanın görkəmli dövlət xadımı Heydər Əliyevin anım günüdür: "Əziz xatirəsini dərin ehtiramla yad edirik. Ruhu şad, məkanı cənnət olsun!"
Səfir bildirib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın təməlini atan liderdir: “Ulu Öndəri Türkiyə-Azərbaycan əlaqələrini başladan, “Bir millət, iki dövlət” şüarını irəli sürən lider kimi xatırlayırıq. Azərbaycan və Türkiyə prezidentləri bu gün onun qurduğu körpüləri daha da möhkəmləndirməkdə davam edirlər”.