Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını seçkidə iştiraka çağırıb

Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını seçkidə iştiraka çağırıb Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb.
Xarici siyasət
3 May , 2023 15:37
Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını seçkidə iştiraka çağırıb
Cahit Bağçı

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb.

"Report"un xəbərinə görə, o, mətbuat konfransında mayın 14-də Türkiyədə Prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladıb.

"Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq", - deyə diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi