Cavanşir Paşazadə: ABŞ prezidenti saxtakarlığın yanında olduğunu nümayiş etdirdi

Cavanşir Paşazadə: ABŞ prezidenti saxtakarlığın yanında olduğunu nümayiş etdirdi “ABŞ prezidenti Co Baydenin ermənilərin uydurması olan 1915-ci il hadisələrini “soyqırım” adlandırması tarixi saxtalaşdıran qüvvələrə dəstəkdən başqa bir şey deyil. ABŞ prezidenti həm də bu bəyanatla ədalətin, haqqın deyil, saxtakarlığın və qərəzin yanınd
Xarici siyasət
25 Aprel , 2021 14:05
Cavanşir Paşazadə: ABŞ prezidenti saxtakarlığın yanında olduğunu nümayiş etdirdi
Cavanşir Paşazadə

“ABŞ prezidenti Co Baydenin ermənilərin uydurması olan 1915-ci il hadisələrini “soyqırım” adlandırması tarixi saxtalaşdıran qüvvələrə dəstəkdən başqa bir şey deyil. ABŞ prezidenti həm də bu bəyanatla ədalətin, haqqın deyil, saxtakarlığın və qərəzin yanında olduğunu, onun müdafiəçisi olduğunu nümayiş etdirdi”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Onun sözlərinə görə, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb: “ABŞ prezidentinin bu bəyanatı heç bir hüquqi nəticə törədə bilməz. Bu, sadəcə populizmdir, şoudur. Reallıq isə budur ki, Türkiyə nəinki özünün, həmçinin dünya arxivlərinin açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması təçəbbüsünü irəli sürüb. Lakin Ermənistan hakimiyyəti belə gülünc bəyanatla çıxış edir ki, bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Elə bu yanaşmanın özü ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğuna sübut edir. Fakt qarşısında aciz duruma düşəcəklərini çox yaxşı bilən bədnam qonşularımız bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində həqiqəti, tarixi saxtalaşdırırlar”.

Deputat həmçinin bildirib ki, tarix boyu mənfur, riyakar, özləri kimi saxta dövləti olan ermənilər türklərə nifrət bəsləyib, onlara qarşı soyqırımı törədib: “1915-ci ildə türklərə, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımları, eyni zamanda, 1992-ci ildə bütün dünyanın gözü önündə törədilən və insanlığın üz qarası kimi qiymətləndirilməli olan Xocalı soyqırımı bu qəbildəndir. Niyə ABŞ 30 il bundan əvvəl real həyatda baş vermiş dəhşətli faciəyə - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri XX əsrin ən qəddar soyqırımı aktına ədalətli qiymət verməkdə çətinlik çəkir? Qaniçən, saxtakar, ikiüzlü ermənilər və onların havadarları anlamalıdırlar ki, bu kimi əsassız cəhdlər əbəsdir. Dünyaya demokratiya, insan hüquqları dərsi keçənlərin özləri bu gün dünyanı sanksiyalarla idarə edirlər. Onların demokratiyası, insan hüquqlarının müdafiəsi bundan ibarətdirmi?

Hesab edirəm ki, reallıqda heç nə dəyişməyəcək. ABŞ prezidentinin sözü beynəlxalq məhkəmə deyil. Heç bir hüquqi gücə malik deyil. Sadəcə verilmiş çoxsaylı bəyanatlardan biridir”.

C.Paşazadə qeyd edib ki, Azərbaycan hər zaman qardaş ölkə Türkiyənin yanındadır: “Biz hər zaman, bütün məsələlərdə Türkiyənin mövqeyini dəstəkləyirik və onlarla birlikdəyik. Necə ki, 44 günlük Vətən müharibəsində birlikdə olduq, bundan sonra da Azərbaycan və Türkiyə birlikdə olacaq”.

Son xəbərlər

Orphus sistemi