“Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2021-ci ilin yekunlarına dair mətbuat konfransında söyləyib.
O bildirib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb.
Nazir Türkiyə ilə Ermənistan arasında müzakirələrin vasitəçi olmadan aparılmasını dəstəklədiyini vurğulayıb:
“Ankara və İrəvan xüsusi nümayəndələrin görüşünün dəqiq tarixi telefon danışıqları nəticəsində dəqiqləşdirəcək”.