Çex Respubikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib.
“Report” xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.
"Çexiya Ermənistan-Azərbaycan sərhədində baş verən və təəssüf ki, insan tələfatına səbəb olan yeni toqquşmalardan narahatdır. Heç bir hərbi toqquşma Cənubi Qafqaza davamlı sülh gətirə bilməz. Danışıqları davam etdirmək lazımdır", - paylaşımda deyilir.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün Ermənistan tərəfi əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutmaqda davam edib.