Çex Respublikasının Azərbaycandakı səfirinin sabiq müavini Petr Vaqner ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə “Report”a Çexiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Petr Vaqner 2014-2018-ci illərdə Çexiya Respublikasının Azərbaycandakı səfirinin müavini vəzifəsində çalışıb.
O, həmçinin, 2018-ci ildə bir neçə ay müvəqqəti işlər vəkili olaraq Çexiyanın Bakıdakı səfirliyinə müvəqqəti rəhbərlik edib.
P.Vaqner Çexiya-Azərbaycan münasibətləri tarixinə və xüsusən də Qızıl Ordunun azərbaycanlı əsgərlərinin ölkəmizin faşizmdən azad edilməsində roluna dərin marağı var idi. Bu mövzuda onun tərəfindən redaktə edilmiş kitab bu ilin sonlarında işıq üzü görməlidir.