Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə işgüzar səfərdə olan İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşü keçirilib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayıb, ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O, dövlətlər arasında siyasi dialoqun davamlılığının təmin olunması, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir Ann Linde Azərbaycan Respublikasının dövlət başçısı ilə çox yaxşı görüşün keçirildiyini və ətraflı müzakirələrin aparıldığını qeyd edib. O, bölgədə mövcud olan cari vəziyyətdə ATƏT-in töhfə verə biləcəyi məsələlərin müəyyən edilməsinin əhəmiyyətini bildirib.
Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ATƏT-in hər üç ölçüsü üzrə Azərbaycanın təşkilatla əməkdaşlığı, həyata keçirilən layihələr, gələcək planları müzakirə ediblər.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında görüş keçirilir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bakıda baş tutan görüşdə Azərbaycan və İsveç arasındakı ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki mövcud vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatların həyata keçirilməsi, ATƏT ilə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilir.