“Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə yazıb.
O, Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında iştirak etməkdən məmnunluğunu bildirib: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya böyük qonaqpərvərliyə görə təşəkkür edirəm”.