"Əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.
XİN başçısı bildirib ki, müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olub, 134 nəfər isə yaralanıb.
C.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir.