Ceyhun Bayramov iranlı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

Ceyhun Bayramov iranlı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
Xarici siyasət
13 Oktyabr , 2021 00:15
Ceyhun Bayramov iranlı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
0 : 00
0 : 00

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar. 

Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

2021-10-12 23:09

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

“Report” “İRNA”ya istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

İranlı nazir bildirib ki, iki ölkə münasibətlərdəki anlaşılmazlıqlara yol verməməlidir. Onun sözlərinə görə, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsi vacibdir.

Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan və İran arasında dost münasibətləri mövcuddur:

“Qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. Problemlər dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməlidir”.

Son xəbərlər

Orphus sistemi