Ceyhun Bayramov: "Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib"

Ceyhun Bayramov: "Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib" Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.
Xarici siyasət
14 Sentyabr , 2022 19:41
Ceyhun Bayramov: Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

"Report" XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

C.Bayramov həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif etdiyi, vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin marağında olmadığını diqqətə çatdırıb.

M.Şvıdkoy öz növbəsində toqquşmaların dayanacağına ümidvar olduğunu bildirib. Humanitar və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına, etimad quruculuğu tədbirlərinə dəstək göstərməyə daim hazır olduğunu qeyd edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi