Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla telefon danışığında son zamanlar bəzi Skandinaviya ölkələrində Qurani Kərimə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ceyhun Bayramov bu kimi İslam dinini hədəfləyən addımlardan çəkinmənin vacib olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğu bildirilib.