Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Səudiyyə Ərəbistanı Krallığına yola düşüb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.