Ceyhun Bayramovla ATƏT sədrinin geniştərkibli görüşü başa çatıb - YENİLƏNİB

Ceyhun Bayramovla ATƏT sədrinin geniştərkibli görüşü başa çatıb - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
Xarici siyasət
12 Aprel , 2023 12:37
Ceyhun Bayramovla ATƏT sədrinin geniştərkibli görüşü başa çatıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında geniştərkibli görüş başa çatıb. 

“Report” xəbər verir ki, hazırda tərəflər birgə mətbuat konfransı keçirirlər.  

12:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında təkbətək görüş başa çatıb. 

“Report” xəbər verir ki, hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir. 

Müzakirələr başa çatandan sonra C.Bayramovla B.Osmaninin birgə mətbuat konfransı olacaq. 

11:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında görüş başlayıb.

“Report” xəbər verir ki, C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.

Son xəbərlər

Orphus sistemi