Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.
Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.